Suraxanıda yol qəzasında ağır xəsarət alan uşaq reanimasiyaya yerləşdirilib


09:11     04 Mart 2022 22_03_04_1646370303.jpg

Bakıda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

hadisə Suraxanı rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2010-cu il təvəllüdlü Quliyev Xəyal Röyal oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması, sağ baldır sümüklərinin açıq yerdəyişən sınıqları və qarının küt travması diaqnozları qoyulub.

Azyaşlının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 538