Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub


10:12     11 Mart 2022 22_03_11_1646976483.jpg

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 10-da İmişli rayon sakini Əlihüseyn Rzayevin idarə etdiyi “Toyota” markalı avtomobil Cəlilabad rayonu ərazisində saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub.
Cəlilabad rayon Məhkəməsinin qərarı ilə Ə.Rzayev 8 gün müddətinə inzibati qaydada həbs olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Açar sözlər:

Oxunub: 382