Ukraynada humanitar yardımın koordinasiyası üçün vahid qərargah yaradılıb


11:20     19 Mart 2022 22_03_19_1647668573.jpg

Ukraynaya humanitar yardımın çatdırılması ilə bağlı bütün məsələləri tənzimləmək üçün ölkədə vahid əlaqələndirici qərargah yaradılıb.

Femida.az "RBK-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Zelenskinin sözlərinə görə, bu gün Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermakın sədrliyi ilə ölkənin səfirləri ilə ilk növbədə məcburi köçkünlərə yardım məqsədilə respublikaya humanitar yardımın çatdırılmasının intensivləşdirilməsi məqsədilə görüş keçirilib.

Vladimir Zelenski həmçinin qeyd edib ki, rəsmilərə Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti ilə birlikdə fevralın 24-dən sonra xaricə üz tutan, Ukraynanın və beynəlxalq təşkilatların diqqətinə ehtiyacı olan vətəndaşlara yardım göstərməyi tapşırıb.

Xatırladaq Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub. Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və ya yaralanıb. Eyni zamanda yüz minlərlə mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib.

Açar sözlər:

Oxunub: 417