Lənkəranda 72 yaşlı qadını avtomobil vurub


13:24     25 Mart 2022 qeza.jpg

Lənkəranda 72 yaşlı qadını avtomobil vurub.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Zövlə kəndi ərazisində baş verib.

Belə ki, 1950-ci il təvəllüdlü Şağlaser kənd sakini Vəsmcan Salman qızı Tağıyevanı "Vaz2107" markalı avtomobil vurub. Sürücü yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Sürücünün izahatı alınmaq üçün polis şöbəsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 359