Azərbaycan və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub


14:58     25 Mart 2022 22_03_25_1648205162.jpg

Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov telefonla Azərbaycanın Qarabağ bölgəsində vəziyyətin sabitləşdirilməsi yollarını müzakirə ediblər.

Femida.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

“Müdafiə nazirləri vəziyyəti sabitləşdirmək və təhlükəsizliyi qorumaq yollarını müzakirə ediblər”, - nazirlikdən bildirilib.

Qeyd ediblər ki, tərəflər sülhməramlı əməliyyatın gedişi və onun həyata keçirildiyi zonada humanitar vəziyyətlə bağlı da fikir mübadiləsi aparıblar.

Açar sözlər:

Oxunub: 398