Azərbaycan cüdo yığması Avropa Kubokunda 4 medalla 3-cü yeri tutub
19:12 27 Mart 2022
Yunanıstanın paytaxtı Afinada gənc cüdoçular arasında keçirilən Avropa Kubokunda Azərbaycan milli komandası 4 medal qazanıb.
Femida.az-ın məlumatına görə, qızıl medallara Məhərrəm İmamverdiyev (81 kq) və Kənan Nəsibov (+100 kq) yiyələnib. İmamverdiyev finalda ukraynalı Stanislav Korçemlyuku, Nəsibov isə həmyerlisi Hüseyn Məmmədovu məğlub edib.
Daha bir gümüş medala Ruslan Nəsirli (100 kq) sahib çıxıb.
Digər cüdoçulardan Qasım Vəlizadə (66 kq), Vüqar Talıbov (90 kq), Könül Əliyeva (48 kq) və Nərmin Əmirli (78 kq) 5-ci, Sabir İsayev (100 kq) 7-ci yeri tutub.
Bu nəticə ilə Azərbaycan yığması ümumi komanda hesabında İsrail (4 qızıl, 1 gümüş, 4 bürünc) və Türkiyədən (2 qızıl, 3 gümüş, 3 bürünc) sonra üçüncü yeri tutub.
Avropa Kubokunda 27 ölkədən ümumilikdə 300 (188 oğlan, 112 qız) cüdoçu mübarizə aparıb.
Oxunub: 313
Oxşar xəbərlər
- Ulu öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq
- Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub
- Ərdoğan Azərbaycana gəlir
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"
- ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib