Ölkəyə qanunsuz dərman gətirilməsinin qarşısı alınıb


15:40     07 Aprel 2022 22_04_07_1649328027.jpg

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında qanunsuz yolla gətirilən xeyli miqdarda dərman vasitələrinin realizə edilməsinin qarşısı alınıb.

Femida.az
Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacaqlarının üstündə iki ədəd karton qutuda olan müxtəlif markalı dərman vasitələri - 43 526 həb, 80 ədəd iynə, 106 flakon, 177 ədəd maye, 588 ampul, 148 ədəd mərhəm, 464 ədəd krem, 135 ədəd gel və 120 ədəd iynə başlığı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 396