Xırdalan şəhərində gənc qızı avtomobil vurub


10:13     14 Aprel 2022 22_04_14_1649916839.jpg

Abşeron rayonunda 22 yaşlı gənc qızı avtomobil vurub.

Femida.az-ın məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Abbasova Nigara Baba qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ mil sümüyünün sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.

Açar sözlər:

Oxunub: 363