"Avto FM" radiosu DİN-in nəzarətinə keçib
14:58 25 May 2022
"Avto FM" radiosu Daxili İşlər Nazirliyinin (DİN) nəzarətinə keçib.
Femida.az xəbər verir ki, bu, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) DİN-in tabeliyinə verilməsindən sonra baş tutub.
Belə ki, NİİM əvvəllər Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində olub. Prezident İlham Əliyevin bu il fevralın 7-də imzaladığı fərmanla "Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” MMC DİN-in tabeliyinə verilib. Bununla "Avto FM" radiosu da DİN-in nəzarətinə keçib, hazırda radio NİİM-in tabeliyində fəaliyyətini davam etdirir.
Qeyd edək ki, "Avto FM" MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Cavid Neymətzadədir.
Xatırladaq ki, hazırda NİİM-in rəhbəri polis polkovnik-leytenantı Namidan Piriyevdir.
Oxunub: 294
Oxşar xəbərlər
- Avtobus qəzası nəticəsində 11 nəfər ölüb, onlarla yaralı var
- Avtobuslarda gediş haqqı 70 qəpik olacaq? - AÇIQLAMA
- Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR - elektron sistem vasitəsi ilə... - VİDEO
- Avtomobilini 48 saatdan çox parklanma yerində saxlayanlar 20 manat cərimələnəcək
- Avtomobil Yolları Dövlət Agentliyi gücləndirilmiş iş rejiminə keçib
- Avtobuslarda cibgirlik edənlər ələ keçdi - FOTO
- Avtomobilin yük yerində istehlak üçün yararsız at əti aşkarlanıb
- Avtobuslara maskasız girənlər cərimələndi
- Avtovağzalın yaxınlığında yanğın başlayıb - VİDEO
- Avtobus səfərlərində hansı qadağalar olacaq? - DANX rəsmisi rayonlara aydınlıq gətirdi