Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirməyi planlaşdırır


10:55     10 İyul 2022 22_07_10_1657432552.jpg

Kanada Xarici İşlər Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirmək planlarını açıqlayıb.

Femida.az-ın məlumatına görə, rəsmi Ottava Rusiyanın qaz, neft və kimya sektorlarına, o cümlədən sənaye istehsalına məhdudiyyətləri genişləndirəcək.

“Xarici işlər naziri Melani Coli bu gün (şənbə - Red) Kanadanın Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətində olduğunu açıqlayıb”, - nazirliyin məlumatına deyilir.

Qeyd edək ki, Kanada hakimiyyəti Rusiya Federasiyasına qarşı sanksiyaları genişləndirərək siyahıya 29 şəxs və 15 təşkilat əlavə edib, xüsusən də Moskva və Bütün Rusiyanın Patriarxı Kirill siyahıya daxil edilib.

Açar sözlər:

Oxunub: 334