Minik və yük maşını toqquşdu- Yaralılar var


01:42     21 Yanvar 2016 1533e614524643d06541210fe4f580b8.jpg


Salyanda avtomobilin yük maşını ilə toqquşması nəticəsində 1 nəfər yaralanıb.
"Report"un məlumatına görə, hadisə axşam saat 19:20 radələrində Ələt-Astara magistral yolunun rayonun "PMK-9" adlanan yaşayış massivinin ərazisində qeydə alınıb.
Neftçala şəhər, M.Ə.Rəsulzadə küçəsi, 12 ünvanında yaşayan, 29 yaşlı Ülvi Muxtar oğlu Mehnətin idarə etdiyi "Mersedes" markalı avtomobil "KamAZ" markalı yük maşını ilə toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan "Mercedes"in sürücüsü Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1031