Minik və yük avtomobili toqquşdu


01:18     12 Sentyabr 2015 49263.jpg


Ağcabədidə yol qəzası baş verib. Nəticədə sürücü bədən xəsarətləri alıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildirdilər ki, Ağcabədi rayonu Bəhrəmtəpə-Mingəçevir yolunun 109-cu kilometrliyində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili və "MAZ" markalı yük avtomobili toqquşub.

Hadisə nəticədə minik avtomobili deformasiyaya uğrayıb. Qəza yerinə cəlb edilən FHN-in yanğınsöndürən-xilasediciləri əzilmiş maşından xəsarət almış sürücünü çıxararaq xəstəxanaya təhvil veriblər.

Faktla bağlı araşdırmalara başlanıb.

Açar sözlər:

Oxunub: 752