Minik və yük avtomobilləri toqquşdu - yaralı var


22:52     02 Avqust 2016 1436105092_1433932210_gencede-piyadanin-olumu-ile-neticelenen-yol-qezasi-bash-verib%20(1)6.jpg

Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az xəbər verir ki, hadisə saat 18.00 radələrində Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq qəsəbəsi ərazisində qeydə alınıb. “Audi” markalı, 99 HM 572 dövlət nömrə nişanlı avtomobil “KamAZ” markalı avtomobillə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü xəsarət alaraq Ələt qəsəbə xəstəxanasına yerləşdirlib.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 933