6 liderdən İlham Əliyevə məktub - Yenilənib


01:30     31 May 2015 2015-01-02-19-43-08prezidentttt(01011)2.jpg


Macarıstan Prezidenti Yanoş Ader Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibəti ilə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Sizə və xalqınıza Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən xoş arzularımı bildirmək istərdim.

Azərbaycan iqtisadi və sosial inkişaf istiqamətində mühüm irəliləyiş əldə etmiş, geniş bir regionda lider dövlətə çevrilmişdir. Bu prosesin bundan sonra da sürəti dayandırmadan davam etməsini arzulayıram.

Macarıstanın ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişafına sadiq qaldığını təsdiq etmək istərdim.

Sizə məsul dövləti fəaliyyətinizdə uğurlar və möhkəm cansağlığı, Azərbaycan xalqına sülh və rifah arzulayıram".

***
Tailand Kralı Bumibol Adulyadej Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzu edirəm".
***
Portuqaliya Respublikasının Prezidenti Anibal Kavaku Silva Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə təbriklərimi çatdırır, Sizə xoşbəxtlik, xalqınıza inkişaf və tərəqqi arzulayıram".
****
Malayziyanın XIV Ali Başçısı Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişah Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Milli bayramınız – Azərbaycan Respublikası Günü münasibətilə Zati-alinizə öz adımdan və Kraliça adından ən səmimi təbriklərimizi çatdırıram.
Ümid edirik ki, Azərbaycan Respublikası Sizin rəhbərliyiniz altında sülh və tərəqqi içərisində yaşamağa davam edəcəkdir".
****

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə mötəbər hökumətinizə və qardaş Azərbaycan xalqına Fələstin Dövlətinin xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi, xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Sizin xalqımıza göstərdiyiniz sıx qardaşlıq dəstəyinə və həmrəyliyinizə, torpaqlarını və müqəddəs məkanlarını qorumaq, milli Fələstin torpağında müstəqil dövlətimizi qurmaq, təhlükəsizlik, sülh və yaxşı qonşuluq münasibətləri məkanına çevirmək üçün ədalətli və qanuni mübarizəmizə göstərdiyiniz diqqətə görə dərin minnətdarlığımızı bildiririk.

Zati-alinizə təbriklərimizi çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və tərəqqi arzu edirik".
****

Küveyt Dövlətinin vəliəhdi Nəvvaf əl-Əhməd əl-Cabir əl-Səbah Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Dost Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə öz səmimi salamlarımı və təbrikimi böyük məmnunluq hissi ilə Zati-alinizə çatdırıram.

Sizə möhkəm cansağlığı, səadət və uğurlar, dost Azərbaycan xalqına davamlı tərəqqi və çiçəklənmə arzularımı bildirirəm".

Açar sözlər:

Oxunub: 598