Ordumuz cəbhədə mühüm yüksəkliyi ələ keçirdi - RƏSMİ
23:00 25 Yanvar 2016
Azərbaycan Müdafiə Nazirliyi “Odundağ” yüksəkliyinin ordumuzun nəzarətinə keçməsi xəbərini təsdiqləyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, bəzi elektron kütləvi informasiya vasitələrində Ermənistandakı mənbələrə istinadən Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən “Odundağ” yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsi və ətraf erməni ərazilərinin asanlıqla müşahidə edilməsi barədə məlumat yayılıb: “Faktı təsdiq edərək bildiririk ki, həqiqətən həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib”.
Oxunub: 1178
Oxşar xəbərlər
- Ordumuz şəhid verib
- Ordumuzun snayperləri atışa çıxdı - FOTOLAR
- Ordumuz Naxçıvanda praktik atışları icra etdi - VİDEO
- Ordumuzun itləri: Onlara erməni dili də öyrədiləcək – REPORTAJ (FOTO+VİDEO)
- Ordumuzun təlimindən FOTOLAR
- Ordumuzun təlimləri Ermənistanı silkələdi
- Ordumuz şəhid verdi
- Ordumuz aviasiyadan atəş açdı - VİDEO
- Ordumuzun genişmiqyaslı təlimləri başlayır
- Ordumuz Şah İsmayılı yad edib - FOTO