Hökumət xalqla görüşlərə səfərbər oldu - Cədvəl


15:24     27 Yanvar 2016 987643.jpg


Azərbaycan Respublikasının dövlət qurumları rəhbərlərinin vətəndaşlarla növbəti görüş qrafiki açıqlanıb.


Femida.az xəbər verir ki, qrafikdə yanvarın 28-dən fevralın 12-dək olacaq görüşlər öz əksini tapıb. Əgər bundan əvvəlki dövrlərdə hər nazirin ay ərzində 1 görüşü nəzərdə tutulurdusa, bu dəfə görüş sayı bir neçə dəfə artırılıb. Məsələn, yarım aylıq üçün hazırlanan hazırkı qrafikdə Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun 3, Vergilər naziri Fazil Məmmədovun 2, həmçinin digər nazirlərin də bir neçə görüşü nəzərdə tutulub.

Bundan başqa əvvəlki dönəmdən fərqli olaraq bu dəfə Prezident Administrasiyasının şöbə müdirləri (Əli Həsənov, Novruz Məmmədov, Zeynal Nağdəliyev və s.), Baş nazirin birinci müavini Yaqub Eyyubov, Milli Məclis sədrinin müavinləri, Mərkəzi Bankın sədri Elman Rüstəmov və digər vəzifəli şəxslər də vətəndaşlarla görüşəcəklər.








Açar sözlər:

Oxunub: 1945