SOCAR qaz ixracını artırdı


22:53     27 Yanvar 2016 qaz%20boru%20(1)3.jpg

Gürcüstan keçən il Azərbaycandan 1,51 milyon ton təbii qaz idxal edib.


Femida.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstanın Milli Statistika Xidməti yayıb. İdarə idxal edilən qazın dəyərinin 314,3 milyon dollar olduğunu bildirib.

Azərbaycandan idxal edilən qazın miqdarı 127,17 min ton artıb. Statistika Xidməti Gürcüstanın idxal etdiyin qazın 74,9%-nin Azərbaycanın payına düşdüyünü bildirib.

Ölkə keçən il ümumilikdə qaz idxalı üçün 419,44 milyon dollar xərcləyib.

2015-ci ildə Gürcüstan ümumi olaraq Azərbaycandan 542,89 milyon dollarlıq məhsul idxal edib. Bu isə keçən ilin göstəricisindən 14,85% azdır.

Açar sözlər:

Oxunub: 1042