Kanadada təyyarə qəza enişi etdi


13:58     30 Yanvar 2016 teyyare%20qez%20a.jpg

“Air Canada” aviaşirkətinə məxsus Airbus A319 sərnişin təyyarəsi Torontoda qəza enişi edib.


Femida.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, enişə səbəb sərnişin salonunun germetikliyinin pozulması olub.

İnsident nəticəsində zərərçəkən yoxdur. Təyyarənin Nyu-Cersi - Vankuver marşrutu üzrə uçduğu bildirilir.

İnsidentin başvermə səbəbləri araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1010