Kanadada iki təyyarə toqquşdu


14:27     05 Yanvar 2017 teyyare79.jpg

Kanadanın Toronto şəhəri yaxınlığında yerləşən Pirson beynəlxalq aeroportunda iki təyyarə toqquşub.


Femida.az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində xəsarət alan olmayıb.

"Pakistan International Airlines" və "Air France" avişirkətinə məxsus təyyarələr toqquşub. Pakistan təyyarəsi meydançada manevr edən zaman qanadı ilə Fransaya məxsus təyyarəyə dəyib.

Məlumatda deyilir ki, qəzaya görə təyyarələrin sərnişinləri bir neçə saat hava limanının terminalında gözləməli olublar, bu səbəbdən uçuş ləngiyib.

Femida.az

Açar sözlər:

Oxunub: 1111