Yasamalda 38 yaşlı kişini bıçaqladılar


13:04     03 Fevral 2016 bicaqlanma9.PNG

Yasamal rayonunda bıçaqlanma hadisəsi olub.


Femida.az-ın məlumatına görə, hadisə rayonun Şərifzadə küçəsində, "İnşaatçılar" metro stansiyasının yaxınlığında baş verib. 38 yaşlı Anar Arzuman oğlu Müseyibov tanımadığı şəxslər tərəfindən bıçaqlanıb. Yaralı hadisə şahidlərinin çağırdığı “təcili yardım”la xəstəxanaya çatdırılıb. Anar Müseyibov dərhal əməliyyat olunub. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər.

Xəstəxanadan hadisə barədə Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinə məlumat verilib. Polis hadisəni törədən şəxslərin müəyyənləşdirilməsinə başlayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam edir.

Femida.az

Açar sözlər:

Oxunub: 787