Yasamalda bıçaqlanma
13:31 15 Sentyabr 2017
Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
Femida.az xəbər verir ki, insident Dadaş Bünyadzadə küçəsində yerləşən "Xəmirçi" kafesində qeydə alınıb.
Müəssisənin iki əməkdaşı arasında mübahisə olub. Onlar bayıra çıxaraq münasibətlərini ayırd etməyə başlayıblar. Bu zaman tərəflərdən biri digərinə bıçaqla xəsarət yetirib. Zərərçəkmiş 18 yaşlı Məmmədov Vüqar İbrahim oğlu 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis bölməsinə məlumat verilib. Araşdırma aparılır.
Femida.az
Oxunub: 1158
Oxşar xəbərlər
- Yasamalda naməlum kişi meyiti tapılıb - Onu tanıyan var? (FOTO)
- Yasamalda Yaponiya vətəndaşını soydular
- Yasamalda evdə yanğın - 5 sakin təxliyə olundu
- Yasamalda `Land Rover` yanıb
- Yasamalda 14 yaşlı qız itkin düşüb
- Yasamalda su, Sumqayıtda qaz kəsiləcək
- Yasamaldakı qətlin üstü açıldı
- Yasamalda yaşayış binasında YANĞIN
- Yasamalda 8 otaqlı ev yanıb
- Yasamalda bina yanıb