Yasamalda su, Sumqayıtda qaz kəsiləcək


13:54     14 İyul 2017 su%20olmayacaq4.jpg

Bu gün Bakının Yasamal rayonunun bir küçəsində suyun verilişində məhdudiyyətlər olacaq.


"Azərsu" ASC-dən Femida.az-a verilən məlumata görə, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində yağış sularının kənarlaşdırılması üçün kollektorun tikintisi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsi ilə əlaqədar iyulun 14-də gün ərazində Yasamal rayonunun Dadaş Bünyadzadə küçəsinə suyun verilişində fasilə olacaq.

Sumqayıt şəhərində is qaz təchizatında məhdudiyyət olacaq.

"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, yeni çəkilmiş diametri 250 mm-lik polietilen orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, iyulun 14-də saat 10:00-dan işlər yekunlaşanadək nəzərdə tutulmuş təmir işləri aparılacaq. Görülən işlər zamanı Sumqayıt şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Bildirilir ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

"Azəriqaz" İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Femida.az

Açar sözlər:

Oxunub: 926