Yasamalda yaşayış binasında YANĞIN


19:16     29 May 2017 13878640961363594763_yangin45sadas1.jpg

Bakının Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.


Femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın pilləkən qəfəsinin 3-cü mərtəbəsində yerləşən elektrik lövhəsində 8 ədəd elektrik sayğacı yanıb.

Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Yanğın saat 11:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 883