Beş ay əvvəl baş vermiş qətlin üstü açıldı
17:40 06 Fevral 2016
Ötən il Abşeronda törədilən ağır qətl hadisəsinin üstü açılıb.
Femida.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb. Belə ki, ötən il sentyabrın 7-də Abşeron rayonunun Xocəsən qəsəbəsində üzərində zorakılıq əlamətləri olan 25-30 yaşlı kişi meyiti tapılıb.
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılmış tədbirlərlə qətlə yetirilənin Kürdəmir rayon sakini Xanlar Nadirov olması müəyyən edilib və hadisəni törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini Vüsal Mirzəyev və Kürdəmir rayon sakini Vüsal Qədiyev tutulub, daha 1 nəfər isə müəyyən edilib.
Faktla bağlı əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Oxunub: 1102
Oxşar xəbərlər
- Beş mikrorayonunda su olmayacaq
- Beşmərtəbəli yaşayış binasında yanğın olub
- Beş ölkənin kralı İlham Əliyevə məktub göndərib
- Beş azyaşlı dərmandan zəhərləndi - Bir gündə
- Beşmərtəbədə hərəkət məhdudlaşdırılıb - VİDEO
- Beşmərtəbəli binada yanğın
- Beş gün tətil olacaq
- Beş min girov azad edildi
- Beş futbolçu ömürlük həbs ediləcək
- Beşmərtəbəli binada yanğın - Mingəçevirdə