Beş mikrorayonunda su olmayacaq


15:49     25 Dekabr 2017 su%20olmayacaq26.jpg

“Azərsu” ASC abonentlərinə xəbərdarlıq edib.


Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az -a verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonu M.Cəlal və H.Seyidzadə küçələrindən keçən magistral xətlərdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar bu gün ərzində Nəsimi rayonunun bəzi ərazilərinə - 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Açar sözlər:

Oxunub: 1313