Məscidlərdə kameralar quraşdırılacaq


13:12     08 Fevral 2016 aliagada_24_noktaya_82_kamera3.jpg

Yaxın vaxtlarda ölkədəki məscidlərdə müşahidə kameralarının quraşdırlmasına başlanılacaq.


Bunu Azərtac-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyyad Salahlı deyib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır.

S.Salahlı məscidlərdə kameraların quraşdırılmasının əsas məqsədinin ora gələn insanların təhlükəsizliyini təmin etmək, xoşagəlməz və qanuna-zidd hərəkətlərin qarşısını almaq olduğunu bildirib.

Dövlət Komitəsi sədrinin müavini qeyd edib ki, kameraların quraşdırılması hər hansı hadisəni törədən şəxsin kimliyini dərhal aydınlaşdırmağa imkan verəcək. Bir sözlə, bu proses insanların rahatlığına, cəmiyyətin sabitliyinə yardım edəcək.

Açar sözlər:

Oxunub: 727