Məscidlərdə bayram namazı qılındı


13:54     06 İyul 2016 bayram%20namazi.jpg

Bu gün Ramazan ayının başa çatması ilə əlaqədar Azərbaycanda bayram namazı qılınıb.


Femida.az-ın məlumatına görə, saat 08.00-da “Əjdərbəy” məscidində, saat 09.00-da isə “Təzəpir” məscidində bayram namazının qılınmasına başlanıb.

“Təzəpir” məscidində bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə də iştirak edib. QMİ sədri bütün müsəlmanları, o cümlədən Azərbaycan xalqını təbrik edib.

QMİ Qazılar Şurasının fətvasına əsasən Ramazan ayı bu il Azərbaycanda miladi təqvimlə iyunun 7-da başlayıb. Bayram isə iyulun 6-na təsadüf edir.

Artıq Azərbaycan prezidenti İlham Əliyev və QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Açar sözlər:

Oxunub: 1435