Prezident 1485 məhbusu əfv etdi


13:09     20 Fevral 2016 kurbankulu.jpg

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Milli Bayraq Günü münasibəti ilə 1485 məhbusu əfv edib.


Femida.az xəbər verir ki, bu barədə Türkmənistanın rəsmi informasiya agentliyi məlumat yayıb.

Fevralın 19-da Türkmənistanda Milli Bayraq Günü qeyd olunub. Berdiməhəmmədovun son əfv fərmanı ötən ilin oktyabrında olub.

Oktyabrın 27-i, müstəqillik günü münasibəti ilə imzalanmış fərmanla 1020 məhbus əfv olunmuşdu.

Açar sözlər:

Oxunub: 1529