“Azərbaycan köməyimizə çatdı” - Saakaşvilidən etiraf


14:40     22 Fevral 2016 sakasvili.jpg

“2005-ci ildə “Qazprom” boğazımızdan yapışanda Azərbaycan köməyimizə çatdı, bizi soyuqdan qorudu”.


Femida.az xəbər verir ki, bunu Ukraynanın Odessa vilayətinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili "Rustavi 2" telekanalına müsahibəsində deyib.

Saakaşvilinin Gürcüstanın hazırki rəhbərliyini sərt tənqid edib: “Hazırda ölkəmizi məhv edənlərlə işbirliyinə başlanıb. Bundan sonra Azərbaycan bizim haqqımızda nə düşünməlidir? Bizim naşükür xalq olmağımızı? Lakin xalq yox, rəhbərlik naşükürdür. Bu faktdır”.

M. Saakaşvili bildirib ki, Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvili Rusiyanın agentidir: “O, “Qazprom”un əsas səhmdarlarından biridir. Bununla bağlı, İsveçrədə xüsusi hesabat açıqlanıb. Belə olmasaydı, Rusiya KQB-si onu səhmdar olmağa imkan verməzdi”.

Açar sözlər:

Oxunub: 1156