Tehranda seçkilərin nəticələri açıqlandı
14:26 28 Fevral 2016
İranda cümə günü keçirilmiş ölkə parlamentinə və Ekspertlər Şurasına seçkilərin Tehran üzrə yekun nəticələri açıqlanıb.
TASS xəbər verir ki, səs çoxluğu İran ruhanilərinin mötədil qanadının təmsilçilərinin tərəfində olub. Belə ki, Qərarların məqsədəuyğunluğu üzrə şuranın sədri, 1989-1997-ci illərdə ölkə prezidenti olmuş Əli Əkbər Haşimi-Rəfsəncani və hazırki prezident Həsən Ruhani qalib gəliblər. İRNA agentliyi Tehrandan Ekspertlər Şurasına seçilmiş 16 din xadiminin siyahısını dərc edib.
Ekspertlər Şurasının hazırki sədri, ultrakonservatorların nümayəndəsi hesab edilən ayətullah Məhəmməd Yəzdi 15-ci yeri tutub.
Seçkilərdə Tehranda yaşayan seşki hüququ olan vətəndaşların təxminən 48%-nin iştirak etdiyi bildirilir. Ölkənin daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli bildirib ki, Tehranda 3,9 mln nəfər seçkidə iştirak edib ki, bu da səsvermə hüququ olan əhalinin 48%-nə bərabərdir.
İran prezidenti deyib ki, seçkinin nəticələrindən asılı olmayaraq, İran xalqı və dövləti ondan qalib kimi ayrılıb.
Oxunub: 1246
Oxşar xəbərlər
- Tehranda gərginlik - Silahlı şəxs din xadiminə hücum etdi
- Tehrandakı terrorun əsas təşkilatçısı tutulub
- Tehrandakı terrorla bağlı daha 8 nəfər saxlanılıb
- Tehrandan Bakıya velosipedlə gəldi - Bayrama görə
- Tehranda qəza: Ölənlər və 90-a yaxın yaralı
- Tehrandan ABŞ-a sərt mesaj - Suriya ilə bağlı
- Tehranda hava çirklənib - Təhlükəli hədd
- Tehranda hərbi parad keçirilib
- Tehranda parad keçirildi - VİDEO
- Tehranda islahatçılar qalib gəldi