Tehranda hərbi parad keçirilib


17:42     21 Sentyabr 2016 160587_src.jpg

İranda möhtəşəm hərbi parad keçirilib.


Tehranda “Müqəddəs Müdafiə” həftəsi münasibətilə keçirilən paradda Rusiyadan alınan “S300” zenit-raket kompleksi və ilk dəfə olaraq 1650 km məsafədə yerləşən hədəfi məhv etmə qabiliyyəti olan “İmad” raketləri nümayiş olunub.

Prezident Həsən Ruhani Nyu-Yorkda səfərdə olduğu üçün parada qatılmayıb. Parada İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri rəhbərlik edib. Tədbiri Tehranda akkreditasiya olunmuş əcnəbi hərbi attaşelər də izləyib.

Paradda nümayiş olunan “S300” zenit-raket kompleksi bu yaxınlarda Rusiyadan İrana göndərilib və strateji əhəmiyyətli bölgədə yerləşdirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1158