Universitetdə fakültə və kafedralar birləşdirildi


18:40     01 Mart 2016 1456826751.jpg

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) idarəetməni təkmilləşdirmək və səmərəli idarəetmə formalarını seçmək üçün struktur islahatları aparılıb.



Universitetin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ADİU-nun Elmi Şurasında qəbul edilən qərara əsasən “İqtisadiyyat və sənaye” və “Beynəlxalq iqtisadi münasibətlər” fakültələri birləşdirilərək, “İqtisadiyyat” fakültəsi yaradılıb.

Elmi Şuranın digər qərarı ilə “Beynəlxalq ticarət və gömrük işi” və “Ticarət” kafedraları birləşdirilərək, “Ticarət və gömrük işi” kafedrası yaradılıb. Bundan başqa, şura üzvləri "Təcrübə və işədüzəltmə" şöbəsinin ləğv edilərək, əvəzində iki qurum – "Təcrübənin təşkili" şöbəsi və "Karyera Mərkəzi" yaradılması barədə qərar qəbul ediblər.

Qeyd olunub ki, "Təcrübənin təşkili" şöbəsi bakalavrların ixtisas və istehsalat təcrübəsi, magistrantların isə elmi tədqiqat və elmi pedaqoji təcrübələri ilə məşğul olacaq. “Karyera Mərkəzi isə tələbələrin bilik, praktiki bacarıq və vərdişlərinin artırılması, onların məşğulluq problemlərinin həll edilməsi üzrə kompleks təşkilati, texniki, informasiya, konsaltinq, tədris və maarifləndirmə tədbirlərinin həyata keçirəcək.

Açar sözlər:

Oxunub: 1071