Universitetdə atışma olub, ölən var


13:05     03 May 2016 amerika_polisi_8.jpg

ABŞ-ın Konvey şəhərində (Cənubi Karolina ştatı) yerləşən universitet yaxınlığında atışma olub.


Femida.az-ın xarici KIV-ə istinadən verdiyi məlumata görə, nəticədə 1 nəfər ölüb.

İnsident universitet yataqxanasının yaxınlığındakı avtomobil duracağında qeydə alınıb. İlkin məlumata görə, insidentlə əlaqədar polis cinayətdə şübhəli bilinən qaradərili kişini axtarır. Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.

Açar sözlər:

Oxunub: 1077