Kriminal avtoriteti öldürmək istəyən model həbs olundu - Foto


00:27     04 Mart 2016 2%20(1)3.jpg

Bosniya və Herseqovina məhkəməsi keçmiş “Playboy” modeli Slobadanku Toşiçi kriminal avtoritet Corc Zdralenin qətlində iştirakına görə 2, 5 il müddətinə azadlıqdan məhrum edib.

Femida.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

29 yaşlı model mafiya üzvləri ilə əlbir olaraq Zdraleni onlarla görüşə aparıb ki, onu öldürsünlər. Kriminal avtoritet hücumdan sonra yaşayıb və model əleyhinə açıqlama verib.

Araşdırmalar nəticəsində müəyyən olunub ki, avtoriteti öldürməyə cəhd əvvəlvədən planlaşdırılıb və bu, digər kriminal avtoritet, Toşiçin münasibətdə olduğu Darko Elez tərəfindən həyata keçirilib.

Açar sözlər:

Oxunub: 1278