Kriminal avtoritet tutuldu
00:11 05 May 2016
Salyanda “Tağı Salyanski” ləqəbli avtoritet saxlanılıb.
Femida.az report-a istinadən xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Salyanın Arbatan kəndində doğulan, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kəndində qeydiyyatda olan, 47 yaşlı Tağı Əli oğlu Qasımov şübhəli şəxs qismində saxlanıb.
Axtarış zamanı onun üzərindən qanunsuz olaraq naməlum mənbədən əldə edib, üstündə gəzdirdiyi 1 ədəd KB-2338P nömrəli, 9 mm kalibirli, Rusiya Federasiyasının İjevsk silah zavodunda istehsal olunan “Makarov” konstruksiyalı tapança və onun 4 ədəd döyüş sursatı hesab edilən patron aşkar olunaraq götürülüb.
Qeyd edək ki, əvvəllər də məhkum olunmuş Tağı Qasımov cinayətkar aləmdə “Tağı Salyanski” ləqəbi ilə tanınır.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 228.1 maddəsi ilə cinayət işi açılıb, onun barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda araşdırma aparılır.
Femida.az
Oxunub: 1373
Oxşar xəbərlər
- Kriminal aləmin üzvləri Gəncədə belə atışdı - VİDEO
- Kriminal avtoritet həbsdə öldü
- Kriminal rejimin “seçki”si – Siyasi animasiya
- Kriminal xəbərləri yaymaq təbliğat hesab oluna bilərmi? – ARAŞDIRMA
- Kriminal avtoritetin qardaşı öldürüldü - Masallıda
- Kriminal aləmin `Qoca`sı tutuldu - 3 oğlu ilə birgə
- Kriminal avtoritetin məhkəməsi - Bakıda
- Kriminal avtoritet Gürcüstana göndərildi
- Kriminal avtoriteti öldürmək istəyən model həbs olundu - Foto
- Kriminal avtoritetə hökm oxundu