Azərbaycan nefti bahalaşdı


14:30     04 Mart 2016 1452143260_kachalka-neft-oil2.jpg

Ötən gün bu ilin ən yüksək həddinə - 37.27 dollara çatan neft qiyməti yenidən ucuzlaşmağa başlayıb. Məlumata görə, hazırda dünya bazarlarında “Brent” markalı neftin bir bareli 37.04 dollara qədər geriləyib.


“WTI” markalı neftin qiymətində cüzi bahalaşma qeydə alınıb. Ötən səhər 34.68 dollar olan “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 34.70 dollar müəyyən olunub.

Ötən gün “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,80 dollar bahalaşaraq 37,58 dollar təşkil edib.

Açar sözlər:

Oxunub: 1121