Azərbaycanın Dünya Bankına qaytardığı borcun həcmi


14:42     06 Mart 2016 dunya%20banki.jpg

Azərbaycanla Dünya Bankı arasında 2016-cı il 1 yanvar tarixinə kimi ümumi məbləği 3 mlrd. 739,02 mln. dollar təşkil edən 50 layihə üzrə rəsmi danışıqlar aparılıb.


Femida.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2015-ci il üzrə hesabatında deyilir.

Ümumi məbləği 1 mlrd. 752,26 mln. dollar təşkil edən kredit hesabına 38 layihənin həyata keçirilməsi başa çatdırılıb, 1 mlrd. 986,76 mln. dollar məbləğində kredit hesabına 12 layihənin icrası isə hazırda davam etdirilir. 2016-cı il 1 yanvar tarixinə bilavasitə hökumətə verilən və dövlət büdcəsi vəsaiti hesabına xidmət edilən 2 mlrd. 581,9 mln. dollar məbləğində kredit istifadə olunub ki, bu da imzalanan kredit sazişlərinə əsasən cəlb edilməsi nəzərdə tutulan kreditlərin ümumi məbləğinin 69,1%-i təşkil edir. 2015-ci ildə istifadə olunan kreditin məbləği 284,1 mln. dollara bərabərdir.

İstifadə edilmiş ümumi kreditlər üzrə 2016-cı il 1 yanvar tarixinədək banka qaytarılan əsas borcun ümumi məbləği 567,8 mln. dollar təşkil edir.

Dünya Bankı tərəfindən Azərbaycana 1995-2015-ci illər ərzində ümumi məbləği 41,586 mln. dollar təşkil edən 45 qrant yardımı ayrılıb.

Açar sözlər:

Oxunub: 1101