Prezident bir sıra görüşlər keçirdi - YENİLƏNİB


21:32     10 Mart 2016 ilham86.jpg

Azərbaycan prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniçi qəbul edib.


Femida.az-ın məlumatına görə, M. İvaniç ölkəmizə əvvəlki səfərlərini, Bakıda birinci Avropa Oyunlarının açılış mərasimində iştirakını və İ. Əliyevlə keçirdikləri görüşləri xatırlayıb.

IV Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu ifadə edən M. İvaniç hazırda bütün dünya ölkələrinin tamamilə yeni çağırışlarla üzləşdiyini, tədbirin bu məsələləri müzakirə etmək üçün yaxşı fürsət yaratdığını qeyd edib.

M. İvaniçlə görüşlərini xatırlayan dövlət başçısı bu səfərlərin əməkdaşlığımızın yaxşı göstəricisi olduğunu vurğulayıb. IV Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətinin hər il daha da artdığını deyən prezident İlham Əliyev tədbirin ümumi maraq doğuran bir çox məsələlərin müzakirəsi baxımından önəmini qeyd edib.

Görüşdə ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


****

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Makedoniya Respublikasının Prezidenti George İvanov ilə görüşüb.

Görüşdə Prezident George İvanovun ölkəmizə səfərinin Azərbaycan ilə Makedoniya arasında ikitərəfli əlaqələrin müzakirəsi üçün yaxşı imkan yaratdığı bildirildi.

Söhbət zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rolunun mühüm əhəmiyyət daşıdığı vurğulanaraq, IV Qlobal Bakı Forumunun artıq dünya əhəmiyyətli aparıcı tədbirlərdən birinə çevrildiyi məmnunluqla qeyd olundu. Forumun proqramının geniş sahələri əhatə etdiyi, siyasi, iqtisadi, enerji, təhlükəsizlik və dünyanın diqqət mərkəzində olan digər məsələlərin müzakirəsi baxımından əhəmiyyətli olduğu bildirildi.

Görüşdə, həmçinin iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən energetika sektorunda hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Açar sözlər:

Oxunub: 535