Partlayışda yanan 95 yaşlı veteran öldü


03:37     11 Mart 2016 partlayis%20yangin92.jpg

Balakəndə iki gün əvvəl yaşadığı evin vanna otağında partlayış nəticəsində ağır yanıq xəsarətləri alan 95 yaşlı Böyük Vətən müharibəsi veteranı xəstəxanada ölüb.


Femida.az xəbər verir ki, Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, martın 8-i yanıq xəsarətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən, rayonun Mahmalar kənd sakini, 1921-ci il təvəllüdlü Məhəməli Mohuma oğlu Mustafayev həkimlərin səyinə baxmayaraq martın 10-u səhər saatlarında aldığı ağır yanıq xəsarətlərindən ölüb.

Qeyd edək ki, Böyük Vətən müharibəsi veteranı olan 95 yaşlı M. Mustafayev martın 8-i səhər saat 06 radələrində yaşadığı evin vanna otağında qazı yandırmaq istəyərkən qısa müddətli alovla müşahidə olunan partlayış nəticəsində bədənin 1-ci, 2-ci və 3-ü A dərəcəli ağır termiki yanıq xəsarətləri almışdı.

Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1004