Partlayışda ölən qadının kimliyi məlum oldu - RƏSMİ (ÖZƏL)


20:28     06 İyul 2015 1367492922_9hjhg.jpg


Şirvan şəhərindəki zavodlardan birində qəza baş verib.

Hadisə bu gün saat 12 radələrində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Telemexanika Zavodunda qeydə alınıb.

Femida.az-ın Şirvan şəhər Polis İdarəsinin növbətçi hissədən aldığı məlumata görə, zavodun sexlərdən birində baş verən qəza nəticəsində, sexin tavan hissəsi çöküb. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb. Həmin şəxs Süleymanova Raziyə Cəfərxan qızıdır.

Femida.az-ın məlumatına görə, hadisə nəticəsində 8 nəfər yanıq xəsarəti alıb, 15 nəfər qazdan zəhərlənib.Həmin şəxslər də artıq xəstəxanaya yerləşdirilib.

Hadisənin nədən baş verdiyi hələ aydın deyil.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1145