Partlayışda yaralanan daha bir nəfər evə buraxılıb


16:09     28 İyul 2016 sirvan%20partlayis.jpg

Müdafiə Sənayesi Nazirliyi Şirvan şəhərində “Araz” zavodunda baş vermiş hadisə zamanı yaralananlarla bağlı məlumat yayıb.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, iyulun 26-da Şirvan “Araz” zavodunda baş vermiş hadisə nəticəsində xəsarət alanların səhhəti Müdafiə Sənayesi Nazirliyi tərəfindən diqqətdə saxlanılır : "Son məlumatımızda həkim nəzarətində müalicələrinin davam etdirildiyini bildirdiyimiz üç nəfərdən biri də evə buraxılıb, qalan iki şəxsin müalicəsi davam etdirilir".

Femida.az

Açar sözlər:

Oxunub: 1090