Aygün Kazımova “Yeni Müsavat”ı məhkəməyə verir


16:57     11 Mart 2016 792251_492689820774327_2027355379_o.jpg

Xalq artisti Aygün Kazımova haqqında “Musavat.com” saytında məlumat yayılıb. Yazıda xalq artistinin ermənilərlə əlaqədə olduğu iddia edilib.


Yayılan xəbərə xalq artisti Aygün Kazımova ANS telekanalının Xəbərlər Departamentinə müsahibə verib və təkzib edib.

Daha sonra isə Aygün Kazımovanın müəllimi, bəstəkar Cavanşir Quliyev də sosial şəbəkədə böhtan xarakterli məqaləni dərc edən “Müsavat”ı tənqid edib:

“Ayıb olsun! M.Ə. Rəsulzadə Müsavatı bunun üçün yaratdı? Biz könlümüzü, ömrümüzü, həyatımızı bunun üçün Müsavata verdik? Çox üzüldüm! İnsanı sübutsuz-dəlilsiz ittiham etmək olmaz. Buna böhtan deyilir. Böhtan da cəzalandırılmalıdır. Ən acısı isə odur ki, bunu, dəfələrlə böhtanın qurbanı olmuş Müsavat edir!”

Daha sonra bəstəkar Kazımovadan yazıb:

“Aygün bütün bunları etməmiş, edə bilməz, etməz! Çünki Aygün o cür insan deyil. Mən onu çox yaxşı tanıyıram. Məncə Müsavat Aygün Kazımovadan öz internet saytının yerinə üzr istəməlidir. Bəlkə Aygün bağışlayar”.

Femida.az -a açıqlama verən xalq artisti isə bildirib ki, xəbəri dərc edən Müsavat saytı və yazı müəllifini məhkəməyə verəcək. Aygün Kazımova vəkilinin artıq işə başladığını bildirib.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 3560