Aygün Bəylərin qardaşı həbsdə qaldı


17:05     09 Sentyabr 2016 aygun%20beyler.jpg

Müğənni Aygün Bəylərin qətldə təqsirləndirilən qardaşı Abbas Hümmətovun apellyasiya şikayətinə baxılıb.


Femida.az xəbər verir ki, vəkil Elvin Səlimovun APA-ya verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib.

Daxili İşlər Nazirliyinin avqustun 29-da yaydığı məlumatda bildirilir ki, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilərək basdırılması müəyyənləşdirilib. E. Hümmətovun meyiti eksqumasiya edilib. İstintaq orqanı tərəfindən Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnurun barəsində cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə açılıb. Həmin şəxslərin barəsində Suraxanı rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. A. Hümmətov həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğvini istəyib.

Cinayət hadisəsini törətməkdə təqsirləndirilən şəxslərdən Abbas Hümmətov müğənni Aygün Bəylərin qardaşı, qətlə yetirilən Elnur Hümmətov isə əmisi nəvəsidir.

Femida.az

Açar sözlər:

Oxunub: 1273