Aygün Bəylərin qardaşına ömürlük həbs istənildi
21:42 05 Oktyabr 2017
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətov, Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.
Femida.az xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin hüquqi varisinin nümayəndəsi Bəylər Məmişov müdafiə çıxışı edib.
O, təqsirləndirilən şəxslərin barəsində irəli sürülmüş ittihamların tam sübuta yetirildiyini deyib:
"Cəza məsələsinə gəldikdə isə dövlət ittihamçısı ilə razılaşmırıq. Biz təqsirləndirilən şəxslərə ömürlük cəza verilməsini tələb edirik".
Onu da əlavə edək ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında əməkdar artist Aygün Bəylərin qardaşı, A.Hümmətovun 19 il yarım, F.Məmmədzadənin 20 il, R.Əsirovun 20 il, E.Alxasovun 20 il, E.Əsədovun 18 il və C.Alxasovun isə 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, tutulan şəxslərdən A.Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.
Oxunub: 1131
Oxşar xəbərlər
- Aygün Bəylərin qardaşının məhkəməsi təxirə salındı
- Aygün Bəylərin qardaşının məhkəmə istintaqı başa çatdı
- Aygün Bəylərin qardaşı: “Narkotiki istifadə etmək üçün əkmişdik”
- Aygün Kazımovaya DTX-da iş verildi - ÖZƏL
- Aygün Bəylərin qardaşının məhkəməsi başlayıb
- Aygün Kazımovadan əsgərlərə dəstək: `Onlara hər şey olar` (VİDEO)
- Aygün Bəylərin qardaşı həbsdə qaldı
- Aygünün qardaşı marixuana toxumu alırmış - Hollandiyadan
- Aygün Bəylərin qohumunu öldürənlərin - Fotoları
- Aygün Bəylərin qardaşı tutuldu - Qohumunun ölümünə görə