Lavrov yenə Türkiyəni qınadı


00:37     17 Mart 2016 lavrov6.jpg

Rusiya Xarici işlər naziri Sergey Lavrov Türkiyəni növbəti dəfə Suriya böhranı ilə bağlı ittiham edib.


Femida.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Lavrov Türkiyəni Suriya böhranının nizama salınması üzrə səylərə mane olmaqda günahlandırıb.

“Türkiyənin hərəkətləri əslində BMT Təhlükəsizlik Şurasının Suriya üzrə qətnamələrinə, o cümlədən humanitar yüklərin çatdırılması və siyasi prosesin başlanması üzrə səylərə mane olur”, - deyə Rusiya xarici siyasət idarəsinin başçısı mətbuat konfransında bildirib.

O, dünya ictimaiyyətini yaranmış vəziyyətə reaksiya verməyə çağırıb.

Bundan başqa, Lavrov bildirib ki, Türkiyə İraqın və Suriyanın ərazi bütövlüyü və müstəqilliyini pozur. O, Türkiyə hərbçilərinin İraq ərazisində olmasını və Suriyadakı kürd qüvvələrinin atəşə tutulmasını nümunə göstərib.

Daha əvvəl isə Sergey Lavrov Türkiyənin Suriya sərhədindəki hərəkətlərini “sürünən ekspansiya” adlandırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 893