Ərdoğan kürd deputatları parlamentdən qovur - VİDEO


19:45     17 Mart 2016 erdogan%20111.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdən Kürd Fəhlə Partiyasının (HDP) beş deputatının toxunulmazlıq hüququnun ləğv olunmasını istəyib.


Femida.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan çıxışında PKK terrorçularına dəstək verən şəxslərin Türkiyə parlamentində yer olmadığını deyib

“Parlament bu məsələdə addımını sürətlə atmalıdır. Mənim kürd qardaşlarımı küçələrə salaraq 50-52 nəfərin ölümünə səbəb olanlara bu ölkədə “terrora təşviq edən”lər kimi cinayət işi açılmayacaq, üstəlik parlamentə gəlib boy göstərəcək və millət də onları seyr edəcək? Əgər parlament onlara qarşı lazımi mövqe ortaya qoymazsa, bu millət, bu tarix parlamentdən hesab sorar”.

Qeyd edək ki, martın 13-də axşam saatlarında Ankaranın mərkəzində Qızılay meydanında partlayış baş verib. Terror aktı nəticəsində 37 nəfər ölüb, 125 nəfər isə yaralanıb.

Partlayışın PKK tərəfindən törədildiyini rəsmən təsdiqlənib.



Açar sözlər:

Oxunub: 8588