Müsavat əfv sərəncamını alqışladı


20:16     17 Mart 2016 gülaga.jpg

Müsavat Partiyası prezident İlham Əliyevin imzaladığı əfv sərəncamını yüksək qiymətləndirir.


Femida.az AzVision.az-a istinadən xəbər verir ki, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bu barədə açıqlama verib.

G.Aslanlı əfv sərəncamının təqdirəlayiq hal olduğunu bildirib: “Məhbusların azadlığa buraxılması müsbət haldır. Müsavat Partiyası bu addımı dəstəkləyir”.

Qeyd edək ki, prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ilə Müsavat başqanının müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqov, müsavatçı gənc Sirac Kərimli azadlığa çıxıb.

Açar sözlər:

Oxunub: 1137