Müsavat Partiyasının təşviqat qrupu qeydə alınmadı


19:09     27 Avqust 2016 2015-07-09-22-04-32msk.jpg

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Müsavat Partiyası tərəfindən yaradılan “Respublika” təşviqat qrupunun qeydə alınması məsələsinə baxılıb.


Femida.az-ın məlumatına görə, MSK katibi Arifə Muxtarova deyib ki, “Respublika” təşviqat qrupunun qeydə alınması üçün etibarlı imzaların sayı tələb ediləndən az olub.

O qeyd edib ki, 3604 imza etibarsız sayılıb: “Qalan 35 mindən bir qədər çox imza təşviqat qrupunun qeydə alınması üçün kifayət deyil”.

Beləliklə də MSK “Respublika” təşviqat qrupunun qeydə alınmasından imtina edilməsi barədə qərar verib.

Açar sözlər:

Oxunub: 995