Müsavat Partiyasından daha iki istefa
22:08 08 May 2016
Müsavat Partiyasında başqanlığa keçmiş namizəd Tural Abbaslının istefasının ardından tərəfdarlarının da Müsavatdan istefaları bir-birinin ardınca reallaşır.
Bu gün daha iki gənc istefa bəyanatını musavat.com-a göndəriblər. Bunlar "AĞ blok-dan deputatlığa keçmiş namizəd Elbəy Əsədov və gənc fəal Kərim Kərimlidir.
E.Əsədovun bəyanatında bu sözlər yer alır: “Müsavat partiyasının 2011-ci ildən üzvüyəm, partiyaya üz tutmağım dövlətimizdə demokratik dəyərlərin bərqərar olmasına öz töhfəmi vermək olub. Partiyada fəaliyyətim gənclər təşkilatı daxilində olub. 2014-ci ildə Müsavat Partiyasının qurultay vasitəsi ilə seçilmiş yeni başqanın fəaliyyətinin partiyanın məqsədlərindən uzaq düşdüyünü hesab edərək(bir çox məsələləri qabartmağ istəmirəm)Müsavat partiyasindan istefa edirəm. Partiyada olan dostlarımıza uğurlar arzu edirəm".
Kərim Kərimli də bəyanatında partiya idarəçiliyindən razı qalmadığını və bu səbəbdən istefa verdiyini bildirib.
Oxunub: 983
Oxşar xəbərlər
- Müsavatın saxta vəsiqəsi ilə mühacirətə gedən şəxs axtarışa verildi
- Müsavat funksioneri vəfat edib
- Müsavat mitinq keçirir - Fotolar
- Müsavatın mitinqinə haker hücumu – tədbir silindi
- Müsavat Milli Şuranın mitinqini boykot etdi
- Müsavat Partiyasının təşviqat qrupu qeydə alınmadı
- Müsavat Partiyasından növbəti istefalar
- Müsavat əfv sərəncamını alqışladı
- Müsavat məhkəmədə Naqif Həmzəyevə uduzdu
- Müsavatçıların məhkəməsi keçirilib