Putin xüsusi gündə Krıma gedir


21:21     17 Mart 2016 putin%20krima.jpg

Rusiya Prezidenti Vladimir Putin sabah Krıma gedəcək.


Femida.az xəbər verir ki, Kremldən verilən məlumata görə, səfər çərçivəsində Putin Krımı Rusiyaya birləşdirən Kerç boğazı üzərindəki körpünün inşası ilə tanış olacaq.

Qeyd edək ki, Putinin Krım ziyarətinin sabah reallaşmasının simvolik əhəmiyyəti var. Çünki Putin yarımadanın Rusiyaya birləşdirilməsi barədə müqaviləni 2014-cü ilin 18 martında imzalamışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 814